“Çoxlu pulu var, mənim verəcəyim hədiyyəyə ehtiyacı yoxdur“

26 Dekabr 2019 20:27 Fransa 969
“Çoxlu pulu var, mənim verəcəyim hədiyyəyə ehtiyacı yoxdur“

“Monpelye”nin futbolçusu Andi Delor Neymara hansı hədiyyəni vermək istədiyi barədə danışıb.

Sportinfo.az xəbər verir ki, Delorla Neymar Fransa çempionatının 7-ci turunda keçirilən oyundan sonra mübahisə etmişdilər. Delor braziliyalı futbolçunu rəqiblərə hörmət etməməkdə ittiham etmişdi:

“Onun çoxlu pulu var və yəqin ki, mənim verəcəyim hədiyyəyə də ehtiyacı yoxdur. Yaxşı, mən ona “Çaydana hörmət” kitabını bağılşayardım. Bu, qalmaqalın yekunlaşması üçün əla hədiyyə olardı”.

Neymar cari mövsümdə Fransa çempionatında 10 oyun keçirib, 8 qol vurub, 4 qol ötürməsi edib.

Digər Xəbərlər
Xəbər Lenti