Leonardo Jardimin taleyi "itlər"dən asılıdır

19 Dekabr 2019 12:23 Fransa 849
Leonardo Jardimin taleyi "itlər"dən asılıdır

"Monako"nun baş məşqçisi Leonardo Jardimin başı üzərini "qara buludlar" alıb.

Sportinfo.az "French Football News"a istinadən xəbər verir ki, həftəsonu "Lill"lə qarşılaşma Jardimin "Knyazlıq klubu"nda son oyunu ola bilər.

"Monako" hazırda Liqa-1-də 9-cu yerdə olsa da, son üç turda 2 qələbə qazanıb, birində heç-heçə oynayıb. Amma iki gün əvvəl "Monako"nun kubok matçında öz evində "Lill"ə 0:3 uduzması və yarışda mübarizəni dayandırması fanatları yenidən özündən çıxarıb.

Azarkeşlər israrla baş məşqçinin istefasını tələb edir. Təsadüfdən monakolular həftəiçi kubokda uduzduqları "Lill"lə şənbə günü yenidən - bu dəfə çempionat matçında üz-üzə gələcək.

Jardimin komandası "itlər" ləqəbini daşıyan "Lill"ə yenə uduzarsa, o zaman rəhbərlik baş məşqçi ilə bağlı qəti qərar verməli olacaq.

Digər Xəbərlər
Xəbər Lenti