Məşhur futbolçu Avropa çempionatını buraxa bilər - ZƏDƏLƏNDİ

16 Dekabr 2019 18:29 Fransa 1 280
Məşhur futbolçu Avropa çempionatını buraxa bilər - ZƏDƏLƏNDİ

"Lion" klubu ciddi itkilərlə üzləşib. Sportinfo.az xəbər verir ki, şəhərin eyniadlı təmsilçisi iki aparıcı futbolçusunu itirib.

Liqa 1-in 18-ci turunun "Renn"lə matçında zədələnən Memfis Depayla Jeff Ren-Adelaydenin durumu ciddidir. Hər iki futbolçu ən azı 6 ay yaşıl meydanlardan kənarda qalacaq. Bu isə o deməkdir ki, sözügedən oyunçular üçün mövsüm başa çatıb.

Niderland millisinin üzvü olan Depayın gələn yay keçiriləcək Avropa çempionatını buraxacağı istisna olunmur. 25 yaşlı hücumçu bu mövsüm 18 oyuna 14 qol vurub, 2 assist etmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
4 Sentyabr 18:10 Çək və bizə göndər!
4 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM