
PSJ Fransa çempionatının 10-cu turunun matçında “Brest” üzərində çətin qələbə qazanıb.
Sportinfo.az xəbər verir ki, Brestdə keçirilən görüş 3:2 hesabı ilə parisli qonaqların xeyrinə başa çatıb.
Qələbədə dubla imza atan Kilian Mbappe böyük pay sahibi olub.
Bu nəticədən sonra PSJ 21 xalla Liqa 1-in turnir cədvəlində “Nitsa”dan bir xal geri qalaraq ikincidir. “Brest”in 15 xalı var və altıncı yerdə qərarlaşıb.