"Musa "Yurqorden"in "9 nömrə"si olmaq istəyirsə, çox iş görməlidir"

2 Dekabr 2023 03:50 Fransa 827
"Musa "Yurqorden"in "9 nömrə"si olmaq istəyirsə, çox iş görməlidir"

İsveçdə “Yurqorden”in futbolçularının cari mövsümdəki çıxışlarını qiymətləndirərkən azərbaycanlı hücumçu Musa Qurbanlıya da yer verilib.

Sportinfo.az xəbər verir ki, millimizin forvardının özünü ən yaxşı tərəfdən göstərməməsi haqda yazıblar:

"Musa Qurbanlı avrokuboklarda komandaya kömək etmək məqsədi ilə, “Qarabağ”ın ən yaxşı oyunçularından biri kimi “Yurqorden”ə dəvət edilmişdi.

Amma əslində, hər şey başqa cür oldu. Musa “Deqerfors”a qarşı həqiqətən yaxşı oyun keçirdi (4:1), bu oyunda İsveç çempionatındakı bütün qollarını və ötürmələrini (2+1) reallaşdırdı.

Amma qalan oyunlarda liqa səviyyəsinə uyğun deyildi, itmiş hücumçu kimi idi. Ən azından bu mövsüm belə görünürdü.

Keçən ilki Azərbaycan Premyer Liqasının bombardiri gələn mövsüm “Yurqorden”in 9 nömrəsi olmaq istəyirsə, hələ çox iş görməlidir.

Onun çoxlu şansları var idi, lakin məşqçilər onu əksər oyunlarda çox erkən əvəz etməli olurdular. Çünki o, sadəcə olaraq standartlara uyğun deyildi.

Klubun idman direktoru Bosse Anderssonun vəziyyəti yüngülləşdirməsi üçün komandaya özünü sübut etmiş yeni hücumçu dəvət etməsi ehtimalı yüksəkdir".

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!