“Qarabağ”ın rəqibi maliyyə böhranı ilə üzləşdi - Səhmləri satacaqlar

15 Noyabr 2024 02:20 Fransa 1 397
“Qarabağ”ın rəqibi maliyyə böhranı ilə üzləşdi - Səhmləri satacaqlar

Avropa Liqasının əsas mərhələsində “Qarabağ”ın rəqibi olan “Lion” çətin durumdadır.

Sportinfo.az “L'Équipe” nəşrinə istinadən xəbər verir ki, klubun maliyyə vəziyyəti mənfi vəziyyətdədir.

Artıq cümə günü "Lion"un sahibləri DNCG-yə (Fransada peşəkar futbol klublarının hesablarının monitorinqi və nəzarətindən məsul olan təşkilat) hesabat təqdim edəcəklər.

Klub xəzinəni doldurmaq üçün müxtəlif addımlara, o cümlədən 75 milyon avro dəyərində qiymətləndirilən səhmlərin bir hissəsinin İngiltərənin “Kristal Pelas” klubuna satılmasına, həmçinin bir sıra futbolçuların satılacağına ümid edir.

"Qarabağ" - "Lion" matçı noyabrın 28-də, Bakıdakı Tofiq Bəhramov adına stadionda keçiriləcək və saat 21:45-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
11 İyul 19:30 Çək və bizə göndər!