“Bu komandanı məğlub etmək istəyirsənsə, ilk qolu sən vurmalısan”

18:20 Fransa 105
“Bu komandanı məğlub etmək istəyirsənsə, ilk qolu sən vurmalısan”

“Mançester Yunayted”in sabiq futbolçusu Roy Kin Fransa millisini məğlub etməyin yolundan danışıb.

Sportinfo.az “BBC Sport”-a istinadən xəbər verir ki, o, açıqlamasında bunları deyib:

“Bu komanda hazırda əla formadadır. Fransa millisini məğlub etmək istəyirsənsə, ilk qolu sən vurmalısan.

Bu komanda hesabı açanda rəqiblər hücuma atılır. Didye Deşamın komandası isə əks-hücumlarda çox təhlükəlidir”.

Fransa millisi dünya çempionatının 1/4 finalında Mərakeş yığmasını 2:0 hesabı ilə məğlub edərək, yarımfinala yüksəlib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti