Vingerinə 135 milyon avrodan çox qiymət qoydu - Satmaq fikri olmasa da

01:40 Fransa 79
Vingerinə 135 milyon avrodan çox qiymət qoydu - Satmaq fikri olmasa da

PSJ vingeri Bredli Barkola ilə yollarını ayırmağı planlaşdırmır.

Fransa millisinin üzvü “Arsenal” və “Liverpul”un transfer siyahısında yer alır.

Sportinfo.az “The Athletic”-ə istinadən xəbər verir ki, Paris klubunun rəhbərliyi 23 yaşlı futbolçunu bu yay satmaq niyyətində olmadığını maraqlanan tərəflərə açıq şəkildə bildirib.

Potensial alıcıları çəkindirmək üçün PSJ Barkolaya 135 milyon avrodan çox qiymət təyin edib.

Barkolanın Paris təmsilçisi ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.

O, ötən mövsümdə baş məşqçi Luis Enrikenin komandasında keçirdiyi 49 oyunda 13 qol vurub və 7 məhsuldar ötürmə verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti