PSJ-nin qapıçısı Luka Şevalye yay transfer dövründə komandasını tərk edə bilər.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 24 yaşlı qolkiperlə “Tottenhem” və “Beşiktaş” maraqlanır.
Hər iki klub fransalı qapıçını heyətinə qatmaq üçün mübarizə aparmağa hazırdır.
Şevalye PSJ-dən ayrılmaq variantını nəzərdən keçirsə də, karyerasını yalnız özünə tam uyğun gələn layihədə davam etdirmək niyyətindədir. O, gələcəyi ilə bağlı qərar verməzdən əvvəl bütün təklifləri diqqətlə dəyərləndirəcək.
Luka Şevalye ötən ilin yayında “Lill”dən 40 milyon avro qarşılığında PSJ-yə transfer olunub. Ancaq o, baş məşqçi Luis Enrikenin rəhbərliyi altında əsas heyətdə möhkəmlənə bilməyib.

