“O, paltardəyişmə otağından ulduz eqosunu çıxardı”

2 İyun 10:20 Fransa 762
“O, paltardəyişmə otağından ulduz eqosunu çıxardı”

İngiltərə millisinin və “Liverpul”un sabiq futbolçusu Stiven Cerrard, PSJ-nin bu yaxınlarda başa çatan UEFA Çempionlar Liqasındakı uğurunu şərh edib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, klubun qələbəsindəki roluna görə baş məşqçi Luis Enrikeni tərifləyib:

“Enrike paltardəyişmə otağından ulduz eqosunu çıxardı və necə qalib gəlməyi bilən bir komanda qurdu.

Hazırkı heyətdə yalnız tərifə layiq olan bir çox yüksək səviyyəli oyunçu var. Enrike onların arasında liderdir”.

Paris klubu Çempionlar Liqasının finalında “Arsenal”ı məğlub edərək (1:1, penalti – 4:3), ardıcıl ikinci dəfə turnirin qalibi olub.

Digər Xəbərlər
Xəbər Lenti
3 Sentyabr 19:10 "Zirə" yen transfer etdi
3 Sentyabr 18:10 Çək və bizə göndər!
3 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
3 Sentyabr 07:20 O da “Karvan”a qoşuldu