"Hazırda gələcəyim barədə düşünmürəm" - Millinin çalışdırıcısı

26 Mart 17:20 Fransa 870
"Hazırda gələcəyim barədə düşünmürəm" - Millinin çalışdırıcısı

Fransa millisinin baş məşqçisi Didye Deşam komandasının qarşıdan gələn 2026-cı il dünya çempionatı üçün hədəfi barədə danışıb.

Sportinfo.az “RMC Sport”-a istinadən xəbər verir ki, o, bunu söyləyib:

“Hazırda gələcəyim barədə düşünmürəm. Dünya çempionatındakı məqsədimiz mümkün qədər irəli getməkdir.

Komandanın bu turnirə ən yüksək formada yanaşması vacibdir”.

Daha əvvəl bu turnirin Deşamın Fransa millisinin baş məşqçisi kimi sonuncu yarışı olacağı bildirilib. Onun yerinə Zinəddin Zidanın gələcəyi gözlənilir.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 18:10 Çək və bizə göndər!
19 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 09:40 “Zirə” cadulanıb?