Lamin Yamal üçün fantastik məbləğ təklif edə bilər - PSJ

16:55 Fransa 115
Lamin Yamal üçün fantastik məbləğ təklif edə bilər - PSJ

“Barselona”nın vingeri Lamin Yamal Avropanın top-klublarının diqqət mərkəzində qalmaqda davam edir.

Son məlumata görə, PSJ onun üçün rekord məbləğ təklif etməyə hazırdır.

Sportinfo.az “Pitch Pulse”-a istinadən xəbər verir ki, Paris təmsilçisi Yamalın transferi üçün 350 milyon avro ayırmağı planlaşdırır.

Hətta iddialara görə, PSJ bu transferə hücumçusu Desire Dueni də daxil edə bilər. Danışıqların yaxın vaxtlarda sürətlənəcəyi bildirilir.

Daha əvvəl “Barselona”nın prezidenti Xuan Laporta PSJ-nin Yamal üçün 250 milyon avro təklif etdiyini açıqlamışdı. İndi isə bu məbləğin daha da artdığı deyilir.

Buna baxmayaraq, Kataloniya klubunun belə bir transferlə razılaşacağı inandırıcı görünmür. Yamalın da karyerasını Parisdə davam etdirmək istəyi sual altındadır.

Futbol tarixinin ən bahalı transferi Neymara məxsusdur. Braziliyalı oyunçu 2017-ci ildə “Barselona”dan PSJ-yə 222 milyon avroya keçmişdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti