“Getmək axmaqlıq olardı - Bu, mənim üçün ən yaxşı variant deyil”

21:40 Fransa 76
“Getmək axmaqlıq olardı - Bu, mənim üçün ən yaxşı variant deyil”

PSJ-nin yarımmüdafiəçisi Vitinya “Real”a keçidini istisna edib.

Sportinfo.az “Canal 11”-ə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu yayda Madrid klubunun onunla maraqlandığı xəbərlərini şərh edərkən, PSJ-də çox rahat olduğunu bildirib:

“Getmək axmaqlıq olardı. Düşünürəm ki, bu mənim üçün ən yaxşı variant deyil.

Burada, PSJ-də çox yaxşıyam! Özümü dəyərləndirilmiş hiss edirəm və bu sevgini haqq etdiyimi bilirəm.

Mənə və ailəmə burada çox xoşdur. Fantastik komandamız və əla baş məşqçimiz var”.

O, həmçinin, Səudiyyə Ərəbistanı çempionatına keçməyi də planlaşdırmadığını deyib:

“Gəlin sadəlövh olmayaq. Mənim üçün daha vacib olan sabit karyeradır.

Burada, Avropada, böyük klubda kifayət qədər yaxşı qazanıram. Maaşın iki və ya üç dəfə artması məni daha xoşbəxt etməyəcək”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti