PSJ-nin qapıçısı Bilal Laurendon karyerasını Azərbaycanda davam etdirə bilər.
Sportinfo.az xəbər verir ki, bu barədə "L'Équipe" nəşri məlumat yayıb.
Xəbərdə bildirilir ki, "Sabah" mərakeşli qapıçını mövsümün sonunda heyətinə cəlb edəcək.
20 yaşlı qolkiperin PSJ ilə müqaviləsi yayda başa çatır və buna görə də "Sabah"a azad agent kimi keçə bilər.
Mərakeşin U-20 millisinin üzvü olan Bilal Laurendon PSJ-nin akademiyasının yetirməsidir. O, klubun U-23 komandasında çıxış edir.

