Tanınmış futbolçu məhkəmə qarşısına çıxacaq - Təcavüzdə ittiham olunur

00:10 Fransa 59
Tanınmış futbolçu məhkəmə qarşısına çıxacaq - Təcavüzdə ittiham olunur

PSJ-də çıxış edən Əşrəf Hakimi təcavüz ittihamı ilə məhkəmə qarşısına çıxacaq.

Sportinfo.az xəbər verir ki, Fransanın Nanter prokurorluğu 2023-cü ildə yarımmüdafiəçi barəsində təcavüz iddiası ilə bağlı başladığı istintaqın yekununda işin məhkəməyə göndərilməsi barədə qərar qəbul edib.

Hakimi sosial şəbəkə hesabında yayımladığı açıqlamada ittihamları rədd edib. O qeyd edib ki, irəli sürülən iddiaların böhtan olduğunu sübut edən faktlar təqdim etməsinə baxmayaraq, işin məhkəməyə çıxarılması qərara alınıb.

“Bu vəziyyət həm günahsız insanlar, həm də real qurbanlar üçün ədalətsizdir. Həqiqətin üzə çıxacağı günü gözləyirəm”, – deyə ulduz futbolçu bildirib.

Hakiminin vəkili məsələ ilə bağlı mediaya şərh verməyib.

Mərakeş millisinin ulduzu 2023-cü ilin fevralında evində baş verən zorlamada şübhəli bilinir. 24 yaşlı qızın dediyinə görə, o, futbolçu ilə sosial şəbəkədə tanış olub və sonra onun evinə gedib.

Qız bildirib ki, onun imtinasına məhəl qoymayan Hakimi zorakılıq hərəkətləri edib. Əgər Hakimi təqsirli bilinərsə, onu 15 ilədək həbs cəzası gözləyir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 Fevral 18:10 Çək və bizə göndər!