“Lill”in hücumçusu Olivye Jiru cari mövsümün sonunda komandadan ayrıla bilər.
Sportinfo.az “Ekip”-ə istinadən xəbər verir ki, Liqa 1 klubu 39 yaşlı forvardla müddəti yayda başa çatacaq müqaviləni yeniləmək niyyətində deyil.
Jirunun müqaviləsinin müddəti bu ilin iyununun sonuna qədərdir. O, ötən yay “Lill”ə qoşulub.
Fransalı futbolçu cari mövsümdə 20 oyunda iştirak edib, 4 qol vurub və 1 məhsuldar ötürmə verib. Onun komandası hazırda Liqa 1-də 22 oyundan sonra 34 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

