Millinin baş məşqçi postu haqda açıqlama verdi - Məşhur hücumçunun atası

13:10 Fransa 102
Millinin baş məşqçi postu haqda açıqlama verdi - Məşhur hücumçunun atası

“Real”ın hücumçusu Kilian Mbappenin atası Vilfrid Mbappe Fransa millisinin baş məşqçisi Didye Deşamın mümkün varisi barədə danışıb

Sportinfo.az AS-a istinadən xəbər verir ki, o, Zinəddin Zidanın baş məşqçi kimi çox yaxşı olduğunu bildirib:

“Zinəddin Zidan məşqçi kimi çox yaxşıdır. O, Fransa millisinin yeni baş məşqçisi olarsa, biz çox xoşbəxt olacağıq”.

Əvvəllər mətbuatda Zidanın 2026-cı il dünya çempionatından sonra Fransa millisinin “sükanı arxasında” Deşamı əvəz edə biləcəyi barədə məlumat yayılmışdı.

Fransalı mütəxəssis məşqçilik karyerasında yalnız “Real”ı çalışdırıb. Komanda onun rəhbərliyi altında ardıcıl üç dəfə UEFA Çempionlar Liqasını qazanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti