PSJ-nin müdafiəçisi Noam Kamara karyerasını “Lion”da davam etdirəcək.
Sportinfo.az xəbər verir ki, bu barədə Paris klubunun rəsmi saytı məlumat yayıb.
19 yaşlı futbolçu mövsümün sonuna qədər “Lion”a icarə əsasında keçir.
Tərəflər arasında bağlanmış müqavilədə müəyyən şərtlər yerinə yetirilərsə, satınalma şərti də aktivləşəcək. “Lion” Kamaranın icarəsi üçün PSJ-yə 3 milyon avro ödəyəcək.
Kamara 2025-ci ilin yayında PSJ ilə müqavilə bağlayıb. O, Fransa çempionunun formasında 3 oyunda iştirak edib.

