PSJ onu satmayacaq - “Real”ın marağına baxmayaraq

18:20 Fransa 70
PSJ onu satmayacaq -  “Real”ın marağına baxmayaraq

PSJ “Real”ın marağına baxmayaraq, yarımmüdafiəçisi Vitinyanı satmayacaq

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Fransa klubunun prezidenti Nasser Əl-Xələfi portuqaliyalı oyunçunu komandanın əsas fiquru kimi görür, o, əvəzsizdir.

Daha əvvəl “Real”ın yarımmüdafiəçinin transferini nəzərdən keçirdiyi, lakin PSJ ilə danışıqlarda çətinliklərin yarana biləcəyini başa düşdüyü bildirilib.

Vitinya 2022-ci ilin yayında “Portu”dan Paris klubuna transfer olunub. 25 yaşlı futbolçunun klubla hazırkı müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti