PSJ “Barselona”nın yarımmüdafiəçisi Dro Fernandes üçün nə qədər ödəyəcəyini açıqlayıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 18 yaşlı futbolçunun transferi Paris klubuna 8 milyon avroya başa gələcək.
İspaniyalı yarımmüdafiəçi bu gün tibbi müayinədən keçəcək.
Əvvəlki xəbərlərdə oyunçunun müqaviləsindəki çıxış məbləğinin 6 milyon avro olduğu bildirilirdi, ancaq PSJ kataloniyalılarla münasibətləri qorumaq üçün daha yüksək məbləğ ödəməyi seçib.
Beləliklə, Fernandesin “Barselona”dan Paris təmsilçisinə keçidi rəsmi mərhələyə qədəm qoyur və o, PSJ-nin gələcək planlarında önəmli yer tutacaq.

