PSJ 100 milyon avro təklif edə bilər - Fransalı üçün

00:00 Fransa 74
PSJ 100 milyon avro təklif edə bilər - Fransalı üçün

“Bayern”in yarımmüdafiəçisi Mikael Olise karyerasını Fransada davam etdirə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 22 yaşlı vingerin transferində PSJ maraqlıdır.

Paris təmsilçisinin yay transfer pəncərəsində Olisenin keçidi üçün Münhen klubuna 100 milyon avro təklif etməyə hazır olduğu bildirilir.

Bununla belə, “Bayern” futbolçunu komandada saxlamaq niyyətindədir və onun üçün yeni, daha yaxşı şərtlərlə müqavilə hazırlayır.

Fransalı yarımmüdafiəçi 2024-cü ildə “Kristal Pelas”dan “Bayern”ə 53 milyon avro qarşılığında transfer olunub. Onun münhenlilərlə müqaviləsinin müddəti 2029-cu ilin 30 iyununa kimidir.

Olise cari mövsümdə bütün turnirlərdə “Bayern” forması ilə 29 oyuna çıxıb, 13 qol vurub və 21 məhsuldar ötürmə verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 Yanvar 18:10 Çək və bizə göndər!