PSJ Liqa 1-in 18-ci turunda “Lill”i 3:0 hesabı ilə məğlub edib.
Sportinfo.az xəbər verir ki, bu qələbə Paris klubunun baş məşqçisi Luis Enrikenin rəhbərliyi altında qazandığı 100-cü qələbə olub.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Oyundan sonra danışan ispan mütəxəssis nəticəni belə dəyərləndirib:
“100 qələbə pis deyil. Bu tempdə davam etməliyik. Min qələbə istərdim, amma hələ buna çox var”.
Luis Enrike 2023-cü ilin yayından PSJ-ni çalışdırır.
Onun rəhbərliyi altında Paris təmsilçisi iki dəfə Fransa çempionu olub, Fransa Kuboku və Fransa Superkubokunu qazanıb.
Həmçinin PSJ Çempionlar Liqası, Qitələrarası Kubok və UEFA Superkubokunun qalibi olub.

