200 min avroya almışdılar, indi 25 milyon avroya satırlar

12:00 Fransa 193
200 min avroya almışdılar, indi 25 milyon avroya satırlar

“Roma” “Marsel”in hücumçusu Robinyo Vazın transferinə yaxınlaşıb.

Sportinfo.az “Foot Mercato”-ya istinadən xəbər verir ki, paytaxt təmsilçisi 18 yaşlı futbolçunu bonuslarla birlikdə 25 milyon avroya heyətinə qata bilər.

Danışıqlar çox sürətlə inkişaf edir. İlk təmaslar cəmi bir neçə gün əvvəl baş tutsa da, tərəflər artıq razılığa yaxınlaşıblar.

Vaz cari mövsümdə Liqa 1-də əsasən ehtiyatdan oyuna daxil olmaqla 14 matçda iştirak edib, 4 qol vurub və 2 məhsuldar ötürmə verib. O, həmçinin, UEFA Çempionlar Liqasında da 4 oyunda forma geyinib.

“Marsel” fransalı futbolçunu iki il əvvəl “Soşo”dan cəmi 200 min avroya transfer edib. Klub daha əvvəl ona müqavilənin müddətini uzatmağı təklif etsə də, razılıq əldə olunmayıb.

Yeni müqavilə çərçivəsində futbolçunun illik maaşı vergilər çıxılmadan 850 min avro ola bilərdi.

Bununla yanaşı, “Roma” Məhəmməd Salahın kluba qayıdışını da arzulayır. “Liverpul” misirli vingeri icarəyə verməyə hazırdır, ancaq futbolçunun yüksək maaşı Roma klubu üçün əsas maneə olaraq qalır.

Digər Xəbərlər
Xəbər Lenti