“Strasburq”un baş məşqçisi Liam Rozenyor “Çelsi”də mümkün işi ilə bağlı açıqlama verib.
Sportinfo.az “RMC Sport”-a istinadən xəbər verir ki, ingiltərəli mütəxəssis hələ ötən şənbə günü gələcəyi ilə bağlı dəqiq məlumatının olmadığını bildirib:
“Ötən şənbə günü nələrin baş verəcəyini bilmirdim. O vaxtdan etibarən mənə dünyanın ən böyük klublarından biri ilə danışmağa icazə verildi.
Bu gün isə hər şey elə formalaşır ki, mən “Çelsi”nin növbəti baş məşqçisi olacam”.
“Çelsi” rəhbərliyi ötən günlərdə Enzo Mareskanın baş məşqçi vəzifəsindən uzaqlaşdırılması barədə qərar qəbul edib.
Komanda İngiltərə Premyer Liqasında 20 turdan sonra 31 xal toplayaraq, turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. London təmsilçisi sabah səfərdə “Fulhem”lə qarşılaşacaq.
“Çelsi” Çempionlar Liqasının 4-cü turunda Bakıda “Qarabağ”la qarşılaşıb – 2:2.

