“Qarabağ”ın rəqibinə bir şərtlə keçəcək - PSJ-nin vingeri

25 Dekabr 2025 22:00 Fransa 688
“Qarabağ”ın rəqibinə bir şərtlə keçəcək - PSJ-nin vingeri

PSJ-nin vingeri Bredli Barkola karyerasını “Liverpul”da davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə “İndykaila News” məlumat yayıb.

23 yaşlı futbolçu agentinə bildirib ki, “Liverpul” onu transfer etmək istəyirsə, oyun vaxtına zəmanət verməlidir.

Barkola mersisaydlılara yalnız start heyətinin daimi üzvü olacağı halda keçməyə razıdır.

Fransalı futbolçu cari mövsümdə bütün turnirlər üzrə 21 oyunda iştirak edib, 5 qol vurub və 3 məhsuldar ötürmə verib.

“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
8 Fevral 20:00 Çək və bizə göndər!
8 Fevral 03:20 "Gəncə"dən qalibiyyət