18 yaşlı futbolçu Avropanın aparıcı klublarının diqqət mərkəzinə düşdü - 60 milyon tələb edirlər

9 Dekabr 2025 22:00 Fransa 1 403
18 yaşlı futbolçu Avropanın aparıcı klublarının diqqət mərkəzinə düşdü - 60 milyon tələb edirlər

“Lill”in 18 yaşlı yarımmüdafiəçisi Ayyub Bouaddi Avropanın aparıcı klublarının diqqət mərkəzinə düşüb.

Sportinfo.az xəbər verir ki, bu barədə “Footmercato” məlumat yayıb.

Fransalı futbolçu ilə “Mançester Yunayted”, “Real” və “Arsenal” ciddi şəkildə maraqlanır.

“Lill” isə təklif sərfəli olacağı halda, onunla vidalaşmağa hazırdır. Klub oyunçusunu təxminən 60 milyon avro qarşılığında satmağı düşünür.

Bouaddinin klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin iyununda başa çatacaq.

Digər Xəbərlər
Xəbər Lenti
20 Oktyabr 16:10 Çək və bizə göndər!
20 Oktyabr 12:50 "Sportinfo TV”də GÜNDƏM
20 Oktyabr 07:30 Premyer Liqanın “100”ü