Komanda uduzdu, iki futbolçu azarkeşlər tərəfindən döyüldü

3 Dekabr 2025 15:40 Fransa 1 338
Komanda uduzdu, iki futbolçu azarkeşlər tərəfindən döyüldü

“Nitsa”nın futbolçuları Jeremi Boqa və Terem Moffi azarkeşlərin hücumuna məruz qalıb.

Sportinfo.az xəbər verir ki, insident Fransa Liqa 1-in 14-cü turunda “Loryan”a 1:3 hesabı ilə uduzulan oyundan sonra baş verib.

Məlumata görə, səfər matçından qayıdan komandanı bazada təxminən 400 qəzəbli fanat qarşılayıb.

Azarkeşlər əvvəlcə baş məşqçi Frank Ezeyə istefa tələbi ilə səsləniblər, daha sonra isə aqressiv davranışlara keçiblər.

Onlar futbolçularla mübahisə edib, onlara tüpürüb və fiziki təzyiq göstəriblər. Hadisə zamanı ən çox zərər çəkənlərin məhz Boqa və Moffi olduğu bildirilir.

Bu məğlubiyyətdən sonra “Nitsa” Liqa 1-də 17 xalla 10-cu pillədə qərarlaşıb. Avropa Liqasında isə durum daha ağırdır: komanda 36-cı – sonuncu yerdədir və hələ də xal qazanmamış yeganə iştirakjçıdır.

Digər Xəbərlər
Xəbər Lenti
29 Avqust 17:30 Çək və bizə göndər!
29 Avqust 14:00 Sındırmaq belə olur!