50 milyonluq təklif hazırlayır - “Barselona”da icarə əsasında çıxış edən hücumçu üçün

27 Noyabr 2025 21:40 Fransa 638
50 milyonluq təklif hazırlayır - “Barselona”da icarə əsasında çıxış edən hücumçu üçün

“Barselona”da icarə əsasında çıxış edən Markus Reşford karyerasını PSJ-də davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə “Fichajes” məlumat yayıb.

“Barselona”nın Reşfordu “Mançester Yunayted”dən 35 milyon avroya almaq variantı var, ancaq PSJ artıq onun üçün 50 milyon avroluq təklif hazırlayır.

Parislilər ingiltərəli oyunçunun “Barselona”ya keçidini əngəlləmək niyyətindədirlər.

28 yaşlı vinger bu mövsüm bütün turnirlərdə 17 oyunda iştirak edib, 6 qol vurub və 9 məhsuldar ötürmə verib.

Onun “Mançester Yunayted”lə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir. O, “Barselona”ya yayda icarə əsasında keçib.

Digər Xəbərlər
Xəbər Lenti
11 Yanvar 20:00 Çək və bizə göndər!
11 Yanvar 08:50 "Sumqayıt" transfer etdi
11 Yanvar 08:20 Azərbaycan çempionları
11 Yanvar 07:40 Dollar neçə manat olacaq?
11 Yanvar 00:50 "Buna aldanmaq olmaz"
10 Yanvar 22:40 "Araz-Naxçıvan"dan 7 qol