DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan millisi ilə son oyunu buraxan Kilian Mbappenin İspaniya La Liqasının 13-cü turunda “Elçe” ilə matçda iştirakı Fransada birmənalı qarşılanmayıb.
Sportinfo.az xəbər verir ki, ulduz futbolçunun dünənki görüşə start heyətində başlaması ciddi narazılığa yol açıb.
Çünki Mbappe mundiala vəsiqəni rəsmiləşdirdikdən sonra ayağındakı zədəni səbəb kimi göstərərək, millinin düşərgəsini tərk etmiş, lakin istirahət üçün Dubaya yollanmışdı.
Fransa mətbuatı onun “Elçe” ilə görüşdə start heyətində yer almasının zədəli olmadığını sübuta yetirdiyini yazıb:
“Milli vəsiqəni rəsmiləşdirsə də, Mbappe Bakıya getməli idi. Oynaması vacib deyildi, amma getməsi komandaya can yandırdığını göstərəcəkdi.
Lakin Mbappe bu hərəkətlə ilk növbədə komanda yoldaşlarına hörmətsizlik etdi”.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunda millimiz Fransaya 1:3 hesabı ilə məğlub olub.

