“Kənar problemlərə baxmayaraq, ən çox əziyyət çəkən mən oldum”

24 Noyabr 2025 15:20 Fransa 688
“Kənar problemlərə baxmayaraq, ən çox əziyyət çəkən mən oldum”

“Monako”nun yarımmüdafiəçisi Pol Poqba təqaüdə çıxmaq niyyətində olmadığını bəyan edib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, çətinlikləri sevdiyini söyləyib:

“Çətinlikləri sevirəm. Futbolla hələ bitirməmişəm.

İki ildən çoxdur ki, qayıtmaq üçün çox çalışdıq. Digər məqsədlərimizə çatmaq üçün çalışmağa davam edəcəyik.

Əylənmək istəyirəm. Baş verən hər şeyə, meydandan kənar problemlərə baxmayaraq, ən çox əziyyət çəkən mən oldum.

Bunu həqiqətən səbirsizliklə gözləyirdim. Elə vaxtlar olur ki, şeytan beyninizdə danışır, sizi bitdiyinə inandırmağa çalışır.

Amma Tanrı oradadır, mən özümə inanıram. Bacarıqlarıma inanıram. Mən heç bir səhv etmədim, bu mənim günahım deyildi. Ümidimi heç vaxt itirmədim”.

32 yaşlı futbolçu 2023-cü ilin sentyabr ayında, dopinq səbəbindən diskvalifikasiya edilmişdi. Amma o, artıq “Monako”da ilk oyununa çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti
8 Yanvar 18:10 Çək və bizə göndər!
8 Yanvar 07:30 Böyük bahalaşma QAPIDA