“Azərbaycanlıların ona təzyiqi yox idi, buna baxmayaraq, problem yaşadıq”

12:40 Fransa 76
“Azərbaycanlıların ona təzyiqi yox idi, buna baxmayaraq, problem yaşadıq”

Fransa yığmasının müdafiəçisi Lukas Ernandesin DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan millisinə qarşı oyunu birmənalı qarşılanmayıb.

Sportinfo.az Fransa mətbuatına istinadən xəbər verir ki, yerli futbol ictimaiyyəti 29 yaşlı oyunçunun performansından narazı qalıb.

Bildirilir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşmada müdafiənin sol cinahında oynayan Ernandesin hücuma lazımi dəstək verməməsi tənqid olunmasına səbəb olub:

“Halbuki Lukas müdafiə olunmaq baxımından problem yaşamadı. Çünki azərbaycanlıların ona təzyiqi yox idi. Buna baxmayaraq, hücumlara çıxmaqda problem yaşayırdı”.

Fransa Bakıdakı görüşdə millimizi 3:1 hesabı ilə məğlub edib.

Digər Xəbərlər
Xəbər Lenti