Didye Deşam millimizlə oyunda, görün, nələr eləyib!

02:50 Fransa 83
Didye Deşam millimizlə oyunda, görün, nələr eləyib!

Fransa millisinin baş məşqçisi Didye Deşam dünya çempionatı-2026-nın seçmə mərhələsinin son oyununda heyətdə geniş rotasiya aparıb.

Sportinfo.az xəbər verir ki, bu haqda Fransanın “L’Équipe” nəşri yazıb.

Ukraynaya qarşı Parisdə əldə edilən 4:0 hesablı qələbə ilə mundiala vəsiqəni təmin edən Fransa Azərbaycanla matçda tamamilə yenilənmiş start heyəti ilə çıxış edib.

Məlumatda bildirilir ki, Deşam bütün “11-liy”i dəyişib. Qarşıdakı görüşdə PSJ-nin qapıçısı Lukas Şevalye ilk dəfə əsas heyətdə şans qazanıb.

Müdafiə xətti Malo Qusto, kapitan sarğısını Kilyan Mbappenin Madridə yollanması səbəbindən daşıyan İbrahim Konate, həmçinin qardaşlar Lukas və Teo Ernandesdən ibarət olub.

Çalışdırıcı yarımmüdafiədə Maqnes Akliuș, Uorren Zair-Emeri, Kefren Türam və Kristofer Nkunkuya güvənib.

Hücum xətti isə Ukrayna ilə oyunda qol vurmuş Hüqo Ekitike və Jan-Filipp Mateta cütlüyündən formalaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Noyabr 18:10 Çək və bizə göndər!