“Azəırbaycan yığması ilk 10 dəqiqədə bizi təəccübləndirdi”

13:20 Fransa 89
“Azəırbaycan yığması ilk 10 dəqiqədə bizi təəccübləndirdi”

Fransa yığmasının hücumçusu Jan-Filipp Mateta DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan millisinə qarşı keçirilən oyunu dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, komandasının qələbəsinə bir qolla töhfə verən 28 yaşlı forvard millimizin çıxışına təəccübləndiyini etiraf edib.

O, ölkəsinin mətbuatına açıqlamasında ilk dəqiqələrdə çətinliklə üzləşdiklərini deyib:

“Matçın startında rəqib bizi təəccübləndirdi. Oyuna sürətli başladılar və erkən qol vurdular.

Xüsusən də ilk 10 dəqiqədə bizdən üstün idilər. Ancaq çox keçmədən toparlandıq. Toparlanmalı idik də.

Nəticədə təzyiqi artıraraq istəyimizə çatdıq. Qələbə qazanmağımıza baxmayaraq, qarşımızda döyüşkən və qətiyyəli Azərbaycan millisi var idi”.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyun Fransanın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti