“Biz Azərbaycan komandasına cavab verməli idik, bunu da etdik”

00:50 Fransa 72
“Biz Azərbaycan komandasına cavab verməli idik, bunu da etdik”

Fransa millisinin hücumçusu Jan-Filipp Mateta ötən gün DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan yığmasına 3:1 hesabı ilə qalib gəldikləri matçdan danışıb.

Sportinfo.az xəbər verir ki, o, qarşılaşmanın əvvəlində millimizin duellərdə qalib gəldiyini bildirib:

“Bizi ilk on dəqiqədə təəccübləndirən çox qətiyyətli bir komanda ilə qarşılaşdıq. Əksər duellərdə bizə qalib gəldilər və ilk qolu vurdular. Amma bu futboldur.

Biz cavab verməli idik və bunu da etdik. Fransa millisinə düşmək bir xəyaldır, mən çox xoşbəxtəm və eyni ruhda davam edəcəm”.

Digər Xəbərlər
Xəbər Lenti
17 Noyabr 18:10 Çək və bizə göndər!