“Azərbaycanla matçda heyətdə bəzi dəyişiklər edəcəm"

01:20 Fransa 52
“Azərbaycanla matçda heyətdə bəzi dəyişiklər edəcəm"

Fransa komandasının baş məşqçisi Didye Deşam DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində D qrupunun 6-cı turunda Bakıda Azərbaycana qarşı keçiriləcək oyun barədə danışıb.

Sportinfo.az xəbər verir ki, təcrbəli mütəxəssis 2 gündən sonra baş tutacaq görüş haqda bunları deyib:

“Qarşımızda üç saatlıq vaxt fərqi ilə uzun səyahət var. Ukrayna ilə oyundan cəmi 2 gün sonra bunu reallaşdıracağıq.

Çox güman ki, heyətdə bəzi dəyişikliklər edəcəm. İtkilərimiz var, bəziləri bizimlə səfər görüşünə yollanmayacaq".

Deşam əlavə edib ki, əzələ problemləri yaşayan Eduardo Kamavinqa və cəzalı Manu Kone Bakıya gəlməyəcəklər.

Azərbaycan - Fransa matçı 16 noyabrda Tofiq Bəhramov adına stadionda keçiriləcək və saat 21:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
14 Noyabr 19:00 "Qarabağ" bizi aldadır!
14 Noyabr 18:10 Çək və bizə göndər!
14 Noyabr 03:20 "Lənkəran" da qazandı