Mbappenin sağlıq durumunda narahatlıq var - Bakıya gəlməyəcək

14 Noyabr 22:40 Fransa 103
Mbappenin sağlıq durumunda narahatlıq var - Bakıya gəlməyəcək

Fransa millisinin ulduzu Kilian Mbappe Azərbaycan yığmasına qarşı DÇ-2026-nın seçmə mərhələsində keçiriləcək matçda meydana çıxmayacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə Fransa Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, hücumçunun sağ topuğunda narahatlıq var və bu səbəbdən Bakıya gəlməyəcək.

Mbappedən başqa Manu Kone və Eduardo Kamavinqa da bu görüşdə iştirak etməyəcək.

Azərbaycan - Fransa oyunu noyabrın 16-sı Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq. Matç saat 21:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
14 Noyabr 19:00 "Qarabağ" bizi aldadır!
14 Noyabr 18:10 Çək və bizə göndər!
14 Noyabr 03:20 "Lənkəran" da qazandı