Müdafiəçisi ilə yeni müqavilə imzaladı, maaşı artırıldı

14 Noyabr 2025 15:40 Fransa 1 331
Müdafiəçisi ilə yeni müqavilə imzaladı, maaşı artırıldı

Ekvadorlu müdafiəçi Villian Paço PSJ ilə yeni müqavilə imzalayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə “RMC Sport” məlumat yayıb.

24 yaşlı futbolçu müqaviləsinin müddətini 2030-cu ilə qədər uzadıb. Yeni anlaşmaya əsasən, onun maaşı artırılacaq. Rəsmi açıqlamanın yaxın bir neçə həftə ərzində verilməsi gözlənilir.

Paris klubu Paçonu 2024-cü ildə Frankfurt “Ayntraxt”ından transfer etmişdi. O, cari mövsümdə bütün turnirlər daxil olmaqla 13 oyunda iştirak edib və 1 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
29 Avqust 17:30 Çək və bizə göndər!
29 Avqust 14:00 Sındırmaq belə olur!