Fransa yığması DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan millisi ilə matçı formallığa çevirməyi hədəfləyir.
Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, Didye Deşamın yetirmələri bu gün Ukrayna ilə keçiriləcək görüşdə qələbə qazanmaq niyyətindədir.
Parisdəki “Park de Prens” stadionunda baş tutacaq qarşılaşmada meydan sahibləri qalib gəlsələr, mundiala vəsiqəni rəsmiləşdirəcək.
Komanda Paris terrorunun 10 illiyində ölkəyə qələbə bəxş etmək istəyir.
Eyni zamanda aparıcı futbolçular mümkün zədədən yayınmaq üçün Ukrayna ilə qarşılaşmada final mərhələsinə vəsiqə qazanmaq və Bakıdakı görüşdə iştirak etməmək fikrindədir.
2015-ci ildə Fransa – Almaniya oyunu zamanı baş verən terror hadisəsi zamanı 130 nəfər həlak olub.

