DÇ-2026-nın seçmə mərhələsində Ukrayna və Azərbaycanla qarşılaşacaq Fransa millisinin heyətində dəyişiklik olub.
Sportinfo.az yerli federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, "Real"da çıxış edən Eduardo Kamavinqa zədələndiyi üçün heyətdən çıxarılıb.
Onu "Yuventus"un yarımmüdafiəçisi Kefren Türam əvəzləyib.
Fransa millisi bu gün Bakı vaxtı ilə saat 22:45-də Ukrayna ilə qarşılaşacaq. Azərbaycan - Fransa görüşü isə noyabrın 16-da Bakıda olacaq.

