Bu iki ulduz da millimizin önünə çıxmayacaq?

13 Noyabr 2025 02:50 Fransa 1 314
Bu iki ulduz da millimizin önünə çıxmayacaq?

DÇ-2026-nın seçmə mərhələsində Ukrayna və Azərbaycanla qarşılaşacaq Fransa yığmasında heyətlə bağlı problemlər davam edir.

Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, daha iki futbolçunun qarşıdakı oyunlarda iştirakı sual altındadır.

Belə ki, müdafiəçi Jül Kunde və yarımmüdafiəçi Eduardo Kamavinqa hələ tam hazır deyillər.

Hər iki ulduz futbolçu millinin düşərgəsində olsa da, fərdi məşqlərlə kifayətlənir. Bu, onların xüsusən də Ukrayna ilə sabahkı matçda iştirak ehtimalını azaldır.

Bu gün Parisdə Ukraynanı qəbul edəcək Fransa yığması noyabrın 16-da Bakıda millimizin qonağı olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
29 Avqust 17:30 Çək və bizə göndər!
29 Avqust 14:00 Sındırmaq belə olur!