Fransızlar Azərbaycanla matçda əsas heyəti oynatmayacaq

13 Noyabr 01:00 Fransa 554
Fransızlar Azərbaycanla matçda əsas heyəti oynatmayacaq

Fransa yığması DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan millisi önünə fərqli heyətlə çıxa bilər.

Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, baş məşqçi Didye Deşam Bakıdakı görüşdə ehtiyat qüvvəyə üstünlük verməyi düşünür.

Ancaq bunun üçün komanda noyabrın 13-də Ukrayna ilə ev matçında qələbə qazanmalıdır.

Əgər fransızlar Parisdəki qarşılaşmadan sonra final mərhələsinə vəsiqəni təmin etsə, Deşam aparıcı oyunçulara Bakıda istirahət verəcək. Bunlar arasında qapıçı Mayk Menyan və hücumçu Kilian Mbappe də var.

Azərbaycan – Fransa oyunu noyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
4 Dekabr 17:50 Çək və bizə göndər!