"Şikayət etmək istəmirəm, amma hətta ailəmə təzyiq göstərməyə çalışırlar"

18:20 Fransa 134
"Şikayət etmək istəmirəm, amma hətta ailəmə təzyiq göstərməyə çalışırlar"

PSJ-nin qapıçısı Luka Şevalye Marin Le Penin partiyasını təmsil edən və Fransa hakimiyyətini “ekstremist” adlandıran keçmiş millət vəkili Julien Aubertin paylaşımını sosial mediada bəyəndikdən sonra özünü siyasi mübahisənin mərkəzində tapıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, qapıçı bir müddət mübahisələrə dözsə də, daha sonra öz fikrini bildirmək qərarına gəlib:

“Məni faşist kimi qələmə verməyə çalışırlar. Şikayət etmək istəmirəm, amma bütün qırmızı xətlər keçilib, hətta ailəmə təzyiq göstərməyə çalışırlar”.

Canluici Donnarummanın gedişindən sonra Şevalye PSJ-nin əsas qapıçısı olub.

Digər Xəbərlər
Xəbər Lenti