Fransa millisinin hücumçusu Kolo Muani DÇ-2026-nın seçmə mərhələsində Ukrayna və Azərbaycan yığmalarına qarşı matçlarda iştirak etməyəcək.
Sportinfo.az yerli mətbauta istinadən xəbər verir ki, buna səbəb hücumçunun zədəsinin ciddi olmasıdır.
“Tottenhem”də çıxış edən forvard “Mançester Yunayted”lə heç-heçə etdikləri Premyer Liqanın 11-ci turunun oyununda çənəsindən xəsarət alıb.
Müayinə zamanı onun çənəsində sınıq aşkarlanıb. Futbolçunun yaşıl meydanlara nə vaxt qayıdacağı hələlik bəlli deyil.
Fransa millisi noyabrın 13-də Ukrayna, üç gün sonra Bakıda Azərbaycan yığması ilə üz-üzə gələcək.

