PSJ-nin məşhur hücumçusu Azərbaycana ayaq basmayacaq

11:20 Fransa 134
PSJ-nin məşhur hücumçusu Azərbaycana ayaq basmayacaq

DÇ-2026-nın seçmə mərhələsində Ukrayna və Azərbaycan milliləri ilə qarşılaşacaq Fransa yığmasında daha bir itki baş verib.

Sportinfo.az xəbər verir ki, hücumçu Usman Dembele sıradan çıxıb.

Ulduz futbolçu PSJ-nin heyətində Çempionlar Liqasının 4-cü turunda “Bayern” ilə oyunda zədələnib.

Parislilərin baş məşqçisi Luis Enrike forvardın baldır nahiyəsindən ağrı hiss etdiyini açıqlayıb.

İlkin ehtimala görə, onun bir neçə həftə yaşıl meydanlardan uzaq qalması gözlənilir. Lakin hər şeyə tibbi müayinədən sonra aydınlıq gələcək.

Maraqlıdır ki, Dembele zədə ucbatından sentyabrda millimizə qarşı Parisdə keçirilən qarşılaşmanı da buraxmışdı. Onunla yanaşı, yarımmüdafiəçi Adrien Rabyonun da Bakıya gəlməsi sual altındadır.

Fransa yığması noyabrın 13-də Ukrayna, 16-da isə Azərbaycan millisi ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti