Mbappe Bakıya gələcək

00:40 Fransa 91
Mbappe Bakıya gələcək

Fransa yığmasının DÇ-2026-nın seçmə mərhələsində Ukrayna və Azərbaycan millilərinə qarşı keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.

Sportinfo.az xəbər verir ki, baş məşqçi Didye Deşam noyabrın 13-də Fransada Ukrayna ilə, 16-da isə Bakıda Azərbaycan millisinə qarşı keçiriləcək D qrupunun oyunları üçün 24 futbolçu dəvət edib.

Qapıçılar: Lik Şevalye , Mayk Menyan , Bryis Samba

Müdafiəçilər: Conatan Kloss, Lyuka Diny, Teo Ernandes, İbrahima Konate, Jül Kunde, Benjamen Pavar, Uilyam Saliba, Deyo Upamekano

Yarımmüdafiəçilər: Eduardo Kamavinqa, Mateo Qenduzi, Manu Kone, Adrian Rabiot, Orelian Çuameni,Uorren Zair-Emri

Hücumçular: Bredli Barkola, Usman Dembele, Desir Due, Randal Kolo Muani, Kilian Mbappe, Maykl Olise, Markus Tyuram

Azərbaycan – Fransa qarşılaşması noybarın 16-da, saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
6 Noyabr 18:10 Çək və bizə göndər!