“Real Sosyedad”, “Atletiko”, Azərbaycan komandası... Ardıcıl 10-cu qolu vurdu

01:00 Fransa 100
“Real Sosyedad”, “Atletiko”, Azərbaycan komandası... Ardıcıl 10-cu qolu vurdu

Fransa millisinin və “Real”ın hücumçusu Kilian Mbappe klub və milli komanda səviyyəsində bütün turnirlərdə qol seriyasını 10 oyuna çatdırıb.

Sportinfo.az xəbər verir ki, o, oktyabrın 10-da Azərbaycan millisinə qarşı keçirilən DÇ-2026-nın seçmə oyununda (3:0) bir qol vurub və bir məhsuldar ötürmə edib.

Bundan əvvəl Kilian Mbappe aşağıda qeyd edilən oyunlarda fərqlənib:

Ukrayna yığmasına qarşı oyunda (qol)

İslandiya ilə görüşdə (qol və ötürmə)

“Real Sosyedad”a qarşı oyunda (qol və ötürmə)

“Marsel”lə matçda (dubl)

“Espanyol”a qarşı oyunda (qol)

“Levante” ilə görüşdə (dubl)

“Atletiko”ya qarşı oyunda (qol)

“Kayrat”la oyunda (het-trik)

“Vilyarreal”a qarşı oyunda (qol və ötürmə)

Ümumilikdə bu 10 matçlıq seriyada Mbappenin aktivində 10 qol və 4 məhsuldar ötürmə var.

Digər Xəbərlər
Xəbər Lenti
16 Oktyabr 18:10 Çək və bizə göndər!
16 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM