“Liverpu”lu müdafiəçi millimizlə oyundan heyətdən kənarlaşdırıldı

08:30 Fransa 106
“Liverpu”lu müdafiəçi millimizlə oyundan heyətdən kənarlaşdırıldı

Fransa millisinin heyətində dəyişiklik edilib.

Sportinfo.az xarici KiV-ə istinadən xəbər verir ki, “Liverpul”un müdafiəçisi İbrahima Konate zədələndiyi üçün yığmadan kənarlaşdırılıb.

O, dünən Azərbaycana qarşı DÇ-2026-nın seçmə oyununda (3:0) sonadək ehtiyatda qalıb.

Onun yerinə milliyə “Marsel”in futbolçusu Benjamin Pavar çağırılıb.

Daha əvvəl millinin kapitanı Kilian Mbappe Azərbaycanla oyunda zədələndiyindən heyətdən xaric olunmuşdu.

Fransa oktyabrın 13-də səfərdə İslandiya ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti