"Azərbaycanın zəif yerlərini tapacağımızı bilirdik" - Qapımıza qol vuran “Milan”lı yarımmüdafiəçi

09:25 Fransa 118
"Azərbaycanın zəif yerlərini tapacağımızı bilirdik" - Qapımıza qol vuran “Milan”lı yarımmüdafiəçi

"Beş müdafiəçi ilə oynayan komandalara qarşı həmişə çətin olur”.

Sportinfo.az xəbər verir ki, bunu Fransa yığmasının futbolçusu Adrien Rabyo evdə Azərbaycan millisini 3:0 hesabı ilə məğlub etdikləri DÇ-2026-nın seçmə mərhələsi oyunu haqda deyib.

“Milan”ın da formasını geyinən yarımmüdafiəçi belə matçlarda səbirli olmağın vacibliyini qeyd edib:

“Qələbə qazanmaq bizim üçün vacib idi. Azərbaycanın zəif yerlərini tapacağımızı bilirdik.

Oyun bitdi, üç xal bizimdir. Qələbəyə görə çox şadam.

Növbəti oyunda İslandiyanı məğlub edərək mundiala vəsiqəni təmin edə bilərik”.

Adriyen Rabyo ötən gün keçirilən oyunun 69-cu dəqiqəsində adını tabloya yazdırıb. O, komandasının ikinci qolunun müəllifi olub.

Digər Xəbərlər
Xəbər Lenti