Braziliyalı müdafiəçini ərəblərə satmağa hazırdır - PSJ

01:30 Fransa 86
Braziliyalı müdafiəçini ərəblərə satmağa hazırdır - PSJ

PSJ-nin müdafiəçisi Markinyos qış transfer pəncərəsində klubunu dəyişə bilər.

Sportinfo.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, braziliyalı futbolçunun Səudiyyə Ərəbistanı liqasında oynamaq variantı var.

Paris klubunun rəhbərləri qışda oyunçunun transferi üçün təklifləri nəzərdən keçirməyə hazırdır. PSJ ukraynalı müdafiəçi İlya Zabarnının Markinyosu əvəzləməyə qadir olduğunu düşünür.

Markinyos 2013-cü ilin yayından Paris klubunda çıxış edir. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin iyunun sonunda başa çatacaq.

Digər Xəbərlər
Xəbər Lenti
11 Oktyabr 18:10 Çək və bizə göndər!
11 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM