Millimizə qol vuran ulduz “iş”ə düşdü: “Diskomfort yaşayır, bu, yaxşı deyil”

16:20 Fransa 184
Millimizə qol vuran ulduz “iş”ə düşdü: “Diskomfort yaşayır, bu, yaxşı deyil”

Fransa millisinin baş məşqçisi Didye Deşam hücumçu və kapitanı Kilian Mbappenin yenidən topuğundan zədə aldığını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, bu, DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirdikləri oyunda baş verib.

"Real Madrid"in ulduzu 83-cü dəqiqədə əvəzlənib.

"Bu, əvvəl zədələndiyi ayağıdır. İstirahət etdikcə ağrıları azalır. Matç zamanı rəqiblə təmas qaçılmazdır. Biz vəziyyəti qiymətləndirəcəyik. Mbappe diskomfort yaşayır, bu, yaxşı deyil", - Deşam deyib.

Qarşılaşmda Fransa millisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Əvvəlki məlumatlarda qeyd olunurdu ki, Mbappe topuğunun təkrar əzilməsi səbəbindən Azərbaycanla oyun öncəsi Fransa millisi ilə məşq etməyib.

Digər Xəbərlər
Xəbər Lenti